Siyasət

ABŞ Qarabağda münasibətlərin normallaşması prosesini dəstəkləyir

Sentyabrın 26-da ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter onlayn brifinq keçirib və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə toxunub.

“Hazırda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin hər iki tərəflə birlikdə apardığı sülh prosesi gedir və ABŞ bunu “çox dəstəkləyir”, – o deyib.

Vaşinqton Minsk Qrupunun yeni həmsədri Filip Rikeri yeni təyin edib və həm Ermənistan və Azərbaycanla ikitərəfli əsasda, həm də Avropa İttifaqından həmkarları ilə “çox fəal” çalışır.

“Bizim birinci dərəcəli vəzifəmiz Bakı və Yerevan arasında münasibətlərin normallaşmasına, regionda nəqliyyat və kommunikasiya dəhlizlərinin açılmasına, mehriban qonşuluq münasibətlərinə və təbii ki, Dağlıq Qarabağda regionun bütün əhalisinin hüquqlarının müdafiəsinə dəstək verməkdir”, – Karpenter deyib.

O, Rusiyadakı vəziyyətə toxunaraq vətəndaş hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edib. “Qismən səfərbərliyin” insan hüquqlarının pozulması olub-olmaması ilə bağlı sualın cavabında Karpenter deyib ki, bu, ilk baxışdan da aydındır.

“Biz Rusiyanın etnik azlıqların yaşadığı bəzi bölgələrində əhalinin səfərbər edilməsi barədə xəbərləri görmüşük, lakin Moskva və ya Sankt-Peterburqda bu, belə deyil”, – o deyib.

Bənzər yazılar

Back to top button