Dünya

Paşinyan çarəni Sünikdə “tapdı”: O əlləri kəsib atacağıq

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Sünikə gedib.

Hit.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan çıxışı zamanı Köçəryan və Sərkisyanın hakimiyyətini tənqid atəşinə tutub. “Bu gün Sünikə yalnız mən gəlməmişəm. Ermənistanın bütün bölgə və şəhərlərinin nümayəndələri bura gəlib. Çünki xalqdan siçan kimi oğurluq edənlər Ermənistana qarşı çıxmağa çalışırlar. Sanki Sünik və Ermənistanın qalan hissəsi fərqli anlayışlardır”, – deyə o bildirib.

Paşinyan əvvəlki hakimiyyətlərə işarə edərək, onların ölkəni “parçala və hökmranlıq et” prinsipi ilə idarə etdiklərini deyib: “Bütün bunları qəpik-quruş üçün edirlər. Biz buna “yox” deyirik. Ermənistan vahiddi, birliyi ilə güclüdür. Süniki Ermənistanın qalan hissəsinə qoymağa çalışan hər əli kəsib atacağıq”.

Xatırladaq ki, seçkidə Nikol Paşinyanın əsas rəqibi Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. Köçəryanın çıxışlarında Ermənistanın İkinci Qarabağ savaşında məğlubiyyəti qırmızı xətlə keçir. O, məğlubiyyətə görə Paşinyan hökumətini ittiham edir. Nikol Paşinyan isə çıxışlarını əsasən əvvəlki hakimiyyətlərin korrupsiya əməliyyatları üzərində qurur.

Bənzər yazılar

Back to top button