Cəmiyyət

Həkimdən şad xəbər: Azərbaycanda dördüncü dalğa olmayacaq (VİDEO)

Azərbaycanda koronavirusun dördüncü dalğasının baş verəcəyini düşünmürəm.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib. O bildirib ki, hazırkı mənzərə və insanların karantin davranış qaydalarına riayət etməsi bunu deməyə əsas verir:

“İlk dövrlər qorunmaya o qədər də əhəmiyyət vermirdilər. Lakin qidalanma faktoru yaxşılaşdı. Havalar isindi və yüksək temperatur altında virus özü məhv olmağa başladı. Günəş şüasının birbaşa düşdüyü yerdə virus bir neçə saniyədə məhv olur. Bu saniyələr isə ikirəqəmli deyil, birrəqəmlidir. Həmçinin vaksinasiya sürətli olduğu üçün artıq ölüm halları da sıfıra enir”.

Bənzər yazılar

Back to top button