Dünya

Filippinlilər Trampın gəlişinə etiraz edirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filippin sakinləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın bu ölkəyə gözlənilən səfərinə qarşı etiraz aksiyasına çıxıblar. ABŞ lideri Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasının (CŞADA) sammitində iştirak etməyi planlayır.

Yerli KİV-in məlumatına görə, cümə günü 350 nəfərə yaxın sakin ABŞ-ın Maniladakı səfirliyinə doğru yürüş keçirməyə cəhd göstərib, lakin polis onları dayandırıb. İndi nümayişçilər noyabrın 13-də Trampın müqəvvasını yandırmaq, ABŞ səfirliyinin və Beynəlxalq Konferens-mərkəzinin qarşısında aksiya keçirmək niyyətindədirlər. Sammitin əsas tədbirləri məhz burada keçiriləcək.

Bundan əvvəl Cənubi Koreya paytaxtı sakinləri də Trampın gəlişinə qarşı mitinqə çıxmışdılar.

Bənzər yazılar

Back to top button