Siyasət

Şahmar Mövsümov: “Hökumət karantin istəmir”

“Avqustun 5-dən karantin rejimində müəyyən yumşalmalara getməyi planlaşdırırıq, amma yoluxma sayı yenidən artsa, rejimi sərtləşdirməkdən başqa əlac olmayacaq”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Hökumət karantin istəmir. Hökumətin marağı ondadır ki, iş yerləri açılsın, insanlar işləsin, iqtisadiyyat inkişaf etsin, vergilər ödənilsin. Bunun üçün də sadəcə tibbi maska taxmaq, əlləri vaxtaşırı yumaq, sosial məsafəni gözləmək lazımdır”, – o qeyd edib.

Bənzər yazılar

Back to top button