Dünya

Ermənistanda polis generalı şantaj olunur – 2 gün ərzində pulu verməsə…

Ermənistanda polis generalı şantaj olunur.

Hit.az erməni mediasına istinadən xəbər verir ki, general-mayor rütbəli keçmiş rəis müavinlərindən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə müraciət edib. O bildirib ki, “Facebook” istifadəçilərindən biri ona şəxsi məktub yazaraq külli miqdarda pul tələb edib. Həmin şəxs polis generalını tələb olunan məbləği 2 gün ərzində verməyəcəyi təqdirdə barəsində böhtan xarakterli materiallar yaymaqla hədələyib.

Məlumatda bildirilir ki, faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır. Polis generalının və ondan pul tələb edən şəxsin adı açıqlanmır.

Bənzər yazılar

Back to top button