Messi “Barselona”da qalmaq istəyir”

by Aztoday Xəbər Portalı

“Barselona”nın prezidenti Joan Laporta kapitanı Lionel Messinin klubda qalıb-qalmayacağı barədə sualları növbəti dəfə cavablandırıb.

Qol.az Goal.com-a istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçu ilə yeni sözləşmə üzərində işlədiklərini deyib:

“Messinin butsları “Nou Kamp” meydançasında çalışmağa davam edəcək. O, “Barselona”da qalmaq istəyir. Messini buraxmaq barədə düşünmürəm. Asan deyil, amma əlimizdən gələni edəcəyik. Onu hansısa vədlərlə aldatmağa ehtiyac yoxdur. Qalmaq istəməsi üçün bir çox səbəb var.

Hər şey yaxşıdır, amma hələ müqavilə imzalamayıb. Serxio Aquero ona hər gün deyir: “Yeni bir müqavilə imzalayın, birlikdə oynayaq”.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyunun sonunda başa çatır.

Bənzər Yazılar