Hadisə

YAP-ın rayon təşkilatının sədrinin bu qədər sərvəti hardandır?.. – İLGİNC FAKTLAR

Mərhum Prezident Heydər Əliyevin qurucusu olduğu, 1993-cü ildən iqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 ili tamam olur. Hakim partiya 800 min üzvü özündə birləşdirməklə ölkənin ən böyük partiyası, uzun illər Milli Məclisdə çoxluğu əlində saxlayan yeganə siyasi qüvvədir. YAP-ın buna necə nail olması başqa yazının mövzusudur, amma bu o demək deyil ki, hakim partiya haqqında yazılası başqa mövzu yoxdur. Məsələn, yüz minlərlə kasıb vətəndaşın üzv olduğu partiyanın hesabına topdağıtmaz sərvəti olan oliqarxlar formalaşıb. Qohumbazlıq, hakimiyyətdən su-istifadə, dövlət əmlakını talama və s. natəmiz üsullarla ağılagəlməz var-dövlətə sahib olan bu şəxslər YAP-ın ictimai nüfuzuna böyük xələl gətirir.

Onların sayı xeyli çoxdur, bu yazıda birinci onluqda gələn isimlərdən biri – YAP Suraxanı təşkilatının sədri Vüqar Seyidovdan bəhs edəcəyik. Bu barədə redaksiyamıza YAP kularlarından maraqlı məlumatlar daxil olub.

Cənab Seyidov kimdir? YAP Siyasi Şurasının üzvü, uzun illər Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkəni. Əlbəttə, bu qohumluq YAP-ın rayon sədrinin oliqarxa çevrilməsində mühüm rol oynayıb. Amma bu yeganə vasitə deyil.

Vüqar Seyidov 14 Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Şirvan şəhərinə başçılıq edən İlqar Abbasovla birlikdə rayonun gəlirli sahələrinə əl qoyub. Torpaq, vəzifə satmaqdan tutmuş dövlət resurslarına sahiblənməklə dəyəri on milyonlarla dollarla ölçülən daşınmaz əmlaka, ayda yüz minlərlə gəlir gətirən biznesə sahib olub.

Mənbə onlardan bəziləri haqqında redaksiyamıza maraqlı məlumatlar göndərib. Belə ki, Nizami rayonu, 8-ci km. yaşayış sahəsi, M.Abbasov küçəsi 2 ünvanında ümumi sahəsi 809.82 kvm olan 4 mərtəbəli ofis binası ona məxsusdur. Cənab Seyidov bu gəlirli obyekti həyat yoldaşı Reyhan Seyidovanın adına sənədləşdirilib. Bundan başqa Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 70 f ünvanında yerləşən, ümumi sahəsi 506 kvm olan kafe-çayxana, “Yaşıl Ada Uşaq Bağçası MMC” də həyat yoldaşı Reyhan Seyidovanın adınadır. Bundan əlavə Vüqar Seyidov yaxın qohumu Rəna Nazim qızı Abutalıbovanı Yeni Günəşlidə yerləşən 23 saylı uşaq bağçasına müdir təyin etdirib.

Mənbə bildirir ki, Qaraçuxur qəsəbəsində yerləşən “Qədim Qarabağ” restoranı, Yeni Günəşli, Abbas Fətullayev küçəsindəki beton zavodu və 20 hektar torpaq sahəsi də YAP təşkilat sədrinin biznes imperiyasına daxildir.

Məlumata görə, Vüqar Seyidov tikinti sektoruna da baş vurub, mənbə bildirib ki, hazırda 21 yaşayış binasının tikintisi üçün hazırlıqlar gedir. YAP-ın yerli sədri eyni zamanda Nərimanov və Nəsimi rayonları ərazisində hündürmərtəbəli binalar tikdirib.

Cənab Seyidovun bahalı maşın həvəskarı olduğu da verilən məlumatlar sırasındadır. Mənbə bildirib ki, onun avtomobil kolleksiyasına “Range Rover”, 77-ZZ-776 nömrəli son model “Toyota Land Cruiser”, “Mercedes Benz Maybach” və s. lüks modellər daxildir.

Vüqar Seyidovun qaynatası Osman Abutalıbov da böyük biznes sahibidir. Belə ki, o 2009-cu ildə Türkiyədə “Baytaş Su və Meşrubay Pazarlama Sanayi Ticarət Limited” şirkətində 16,7 faiz pay alıb. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı (Nida Su və Meşrubat Pazarlama Sanayi Ticaret Limited) oktyabrda isə payçıları dəyişib. Abutalıbov onu tamamilə Azərbaycan kapitallı şirkətə çeviərək sahiblənib. Dekabrda şirkət İstanbuldan Sakarya bölgəsində – Sapancaya köçürülüb. Mənbə bildirir ki, burada Osman müəllimin və ortqalarının 14 min kv.metrdən çox daşınmaz əmlakı olub. Amma 5 il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər… (gununsesi.info)

Bənzər yazılar

Back to top button