Cəmiyyət

Azərbaycan quru sərhədlərini nə vaxt açacaq? – Deputat

“Düşünürəm ki, epidemioloji vəziyyətdən asılı olaraq quru sərhədlərin açılması ilə bağlı qərarlar gələcəkdə mərhələli şəkidə verilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov quru sərhədlərin açılması ilə bağlı danışarkən deyib. O bildirib ki, bu yalnız növbəti dövrlərdə həmin ölkələrdə epidemioloji vəziyyətin, eləcə də vaksinasiya səviyyəsindən asılı olaraq müzakirə oluna bilər:

“Hələlik hava nəqliyyatının bərpası yolu ilə turizm əlaqələrinin inkişaf etdirilməsi strategiyası həyata keçirilir. Düşünürəm ki, növbəti dövrlərdə qonşu ölkələrdəki yoluxma sayından, o cümlədən vaksinasiya səviyyəsindən asılı olaraq bu məsələyə baxılması mümkündür. Amma hələlik bizim də apardığımız təhlillər göstərir ki, qonşu ölkələrdə yoluxma sayı lokallaşmadığı üçün, eyni zamanda vaksinasiya səviyyəsi yüksək olmadığı üçün hələlik quru sərhədlərin açılmasının müzakirə olunması real görsənmir”.

Vüqar Bayramov bildirib ki, Operativ Qərargah mərhələli şəkidə hava nəqliyyatının bərpası ilə bağlı qərarlar qəbul edir:

“Nəzərə alsaq ki, iyun ayının 10-dan sonra iki ölkə ilə hava nəqliyyatı bərpa olunub və daha 7 ölkənin hava nəqliyyatının bərpa edilməsi ilə bağlı qərar var. Bu da xüsusən də Azərbaycannın daha çox əməkdaşlıq etdiyi ölkələrlə hava nəqliyyatının bərpası üçün imkablar yaradır”.

Bənzər yazılar

Back to top button