Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

by Aztoday Xəbər Portalı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib. 1 189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 38 556 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 546, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13 010 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 877 878-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 885 031, ikinci mərhələ üzrə isə 992 847 nəfər təşkil edir.

Bənzər Yazılar