Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxan icra başçısının müavini sağaldı

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirusdan sağalıb.

AzToday.az-ın report-a istinadən məlumatına görə, o, xəstəxanadan buraxılıb və daha iki həftə ev şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, A.Dilavərov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun koronavirus testi pozitiv çıxmışdı.

Bənzər yazılar

Back to top button