Dünya

Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dünənki aksiyaya görə tərəfdarlarını danlayıb.

Hit.az xəbər verir ki, bu barədə erməni nəşri “Joxovurd” qəzeti yazıb.

Məlumatda deyilir ki, dünən Respublika meydanında təşkil edilən mitinqin uğursuz alınması Paşinyanı qəzəbləndirib.

“Məsələ burasındadır ki, hətta inzibati resursların hesabına belə, aksiyada kütləviliyi təmin etmək mümkün olmayıb. Elə bu səbəbdən saat 20.00-a planlaşdırılan aksiya yarım saat gec başlayıb. Paşinyanın komandası meydana adam yığmaq üçün vaxt qazanıb”, – qəzet yazır.

Məlumatda qeyd edilir ki, Paşinyan daha çox Baş nazirin aparat rəhbəri Arsen Torosyana hiddətlənib. Çünki aksiyanın təşkilatçılığı ona həvalə edilib. Arsen Torosyan isə işinin öhdəsindən gələ bilməyib.

“Mitinq başlayanda “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri ora-bura qaçaraq vəziyyətdən çıxmağa çalışıblar. Vətəndaşların inzibati resurslar hesabına aksiyaya cəlb edilməsi isə açıq-aydındır. Qubernatorlara və başqa rəsmi şəxslərə konkret siyahı verilib. Onların üzərinə mitinqə adam gətirmək öhdəliyi qoyulub. Lakin təzyiqlərə, iş yerini itirmək təhlükəsi ilə üzləşmələrinə baxmayaraq, vətəndaşların çoxu aksiyaya qatılmayıb”, – məlumatda bildirilir.

Paşinyanın mitinqinin uğursuz alınmasına görə qəzəblənməsi həm də bu gün Respublika meydanında müxalifəti təmsil edən “Ermənistan” blokunun keçirəcəyi aksiyaya görədir. İqtidar komandası narahatdır ki, müxalifətin aksiyası daha izdihamlı şəkildə baş tuta bilər.

Bənzər yazılar

Back to top button