GündəmSağlamlıq

Son sutkanın yoluxma statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 099 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, bu günə qədər isə ümumilikdə 3 661 027 test icra olunub.

Son gündə koronavirus əleyhinə 38076 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2915954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1908805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1007149 təşkil edir.

Bənzər yazılar

Back to top button