Siyasət

Nəriman Əliyevi “Embawood”un Məşhur şefinin qabağına kimi çıxardı?

Keçmiş deputat Nəriman Əliyev 70 saylı Masallı şəhər seçki dairəsindən öz adamının namizədliyini irəli sürüb

N.Əliyev özü seçkilərə getməsə də, Alay Bəhramovun namizədliyini dəstəkləyib.

A.Bəhramov “ŞTUTQART” MMC-nin işçisi kimi göstərilib. Bu MMC avtomobil ehtiyat hissələri satan mağazalar şəbəkəsidir.

Bu mağazalar şəbəkəsi Nəriman Əliyevə məxsusdur. Lakin deputatlıq “qələmi qırılan” N.Əliyev işçisini irəli verərək YAP-ın namizədinə qarşı çıxarıb.

YAP-ın siyahısından bu dairədə namizəd isə digər Masallıdan olan biznesmen, “Embavud” mebel şəbəkəsinin rəhbəri Məşhur Məmmədovdur.

Belə aydın olur ki, Nəriman Əliyev Məşhur Məmmədovla mübarizəyə qalxıb. YAP-ın deputatlığa namizədi, “Embawood” şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib.

İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.

Nəriman Əliyevin biznesi isə bunlardır:

Ştutqart” mağazalar şəbəkəsi
“Karkaz” avtomobil ehtiyat hissələrinin topdan satış mərkəzi
“Masallı” Konserv Zavodu
İrandan ixrac olunan xurma monopolisti
“Nur – M” şirkəti
Masallı rayonunda “İstisu”da bir neçə istirahət mərkəzi
Masallı kərpic zavodu (Fəxrəddin adlı sahibkarla şərikli)
“Karqo” şirkəti və s.(Reportyor.info)

Bənzər yazılar

Back to top button