Cəmiyyət

Əsgər yolu gözləyən valideynlərə şad xəbər – Hərbi ekspert

“Bu sərəncam ali təhsilli olub 1 il və daha artıq xidmət etmiş, o cümlədən orta təhsilli olub 1 il 6 ay və daha artıq xidmət etmiş bütün şəxsi heyətə şamil olunacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Prezident İlham Əliyevin hərbi xidmətə yeni çağırışla bağlı sərəncamını şərh edərkən deyib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Bənzər yazılar

Back to top button