Hadisə

“Caliber” 457 saylı yüksəklik barədə: “Mübariz İbrahimovun qisası alındı” (VİDEO)

Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra “Caliber” layihəsinin yaradıcı heyəti təkcə Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun keçdiyi şərəfli yolu deyil, həm də işğal illərində xalqımızın tökdüyü hər damla qanın, hər damcı göz yaşının intiqamını almağa can atan minlərlə Azərbaycan oğullarının qəhrəmanlıq yolunu göstərməyə qərar verib.

Bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında yayımlanan növbəti təhlilində qeyd olunub.

Bildirilir ki, 457 saylı adsız yüksəklik sadəcə bir yaddaş simvolu və keçmiş təmas xəttinin xəritəsindəki nöqtə deyil. Bu yüksəklik düşmən tərəfindən keçilməz bir maneə şəbəkəsi kimi təqdim edilən qondarma “Ohanyan xətti”nin vacib elementi idi.

Bənzər yazılar

Back to top button