Dünya

Putin “Vahid Rusiya” siyahısına liderliyə namizədlərini açıqladı

Rusiya Prezidenti Vladimir Putin hakim “Vahid Rusiya” partiyasının seçki siyahısında liderliyə özünün ilk 5 namizədini açıqlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunlar müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsovadır.

“Sergey Kujuqetoviç Şoyqu partiyanın əsas qurucularından biridir. Onu hamı tanıyır. Biz onunla birlikdə partiyanın qurulması üçün ilk addımlarımızı atmışıq. Sergey Kujuqetoviç ordunu, donanmanı möhkəmləndirmək üçün ən çətin məsələlərin öhdəsindən məharətlə gəlir.

Sergey Viktoroviç Lavrov parlaq siyasətçidir və bizi beynəlxalq arenada layiqincə təmsil edir”, – deyən Putin digər namizədlərin də fəaliyyətini xüsusi vurğulayıb.

Bənzər yazılar

Back to top button