GündəmHadisəManşet

Lənkəranda 4.9 bal maqnitudalı zəlzələ oldu (YENİLƏNİB)

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.

11.06

Azərbaycanının cənub rayonlarında zəlzələ baş verib.

Lerik sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, zəlzələ nəticəsində evlərin divarlarında çatlar yaranıb.

Zəlzələ Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarında da hiss edilib.

Əhali ciddi təşvişə düşüb.

Bənzər yazılar

Back to top button