İdman

“Beşiktaş” üçün 10 milyonluq transfer iddiası

Yanvarda “Mançester Yunayted”dən ayrılacağı gözlənilən Maruan Fellaini Türkiyəyə gələ bilər.

Fanat.Az xəbər verir ki, Joze Mourinyonun komandada görmək istəmədiyi futbolçu üçün “Beşiktaş” “Qırmızı Şeytanlar”la 10 milyon avro qarşılığında ilkin razılığa gəlib.

İngiltərə mtbuatında yer alan xəbərlərə görə “Çelsi”yə məğlubiyyətdən sonra portuqaliyalı menecer Felainiyə təriflər yağdırıb. Bunu isə belçikalı futbolçunun komandadan ayrılacağı üçün etdiyi söylənilir.

Bu mövsüm ümumilikdə 9 oyunda forma geyən, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 29 yaşlı futbolçunun müqaviləsi yayda bitəcək.

Bənzər yazılar

Back to top button