Dünya

Paşinyan Köçəryanı yenidən həbs etdirə bilər – Ermənistanı nə gözləyir?

Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Nikol Paşinyan 53,92 faiz səslə qalibdir. Lakin hökumət tərəfdarlarından fərqli olaraq seçkinin nəticələri Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu məmnun etməyib. Blok nəticələri tanınmadığını bildirilib.

Maraqlıdır, mövcud vəziyyət Ermənistanda iğtişaşa gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Ermənistan bütövlükdə cinayətkarların, terrorçuların nəzarəti altında olduğu üçün hər şeyin baş verməsi mümkündür:

“Ermənistanda qanunsuzluq hökm sürür. Köçəryan hərbi cani, cinayətkardır. Hələ Paşinyan özünün rəhbərliyi vaxtında Köçəryanı yol verdiyi qanunsuzluqlara görə həbs elətdirmişdi. Bu məsələ ola bilər ki, təzədən yenilənsin. Köçəryan-Sarkisyan cütlüyü və onlar kimi düşünənlər hər şeyə əl ata bilər. İnsanları vətəndaş itaətsizliyinə səsləyərək qarışıqlıq sala bilərlər”.

Millət vəkili hesab edir ki, Köçəryanla Sarkisyan heç bir şeyə nail ola bilməyəcək:

“Çünki o iki cinayətkarın seçkidə yığdığı səsi üst-üstə toplasan, 25-26 faiz etmir. Bu isə çox kiçik rəqəmdir.

Digər tərəfdən artıq uzun illərdir ki, Ermənistanda ermənistanlı və qarabağlı qütbləşməsi gedir. Son dövrdə bu özünü çox güclü biruzə verdi və ermənistanlı ermənilərin əksəriyyəti birmənalı olaraq onları düşmən elan etdi. “Niyə bizim balalarımız sizə görə gedib qırılır?”, – dedilər. Bu məsələlərə görə onların Ermənistanda mövqeləri laxladı.

Həmçinin onlar Ermənistanda hakimiyyətdə olduqları dövrdə Ermənistanı çapıb talayıblar. Erməni xalqı bunun hamısından nəticə çıxarıb. Paşinyan məğlub lider olsa da, xalq ona səs verməyi üstün tutub. Mənə elə gəlir ki, qarışıqlıq da olsa, mitinq də keçirilsə, artıq iş işdən keçib, yəni Paşinyan qalibdir. Heç bir şey dəyişməyəcək”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button