İqtisadiyyatManşet

İcra Başçısı özünə yeni xidməti avtomobil alır – “Nurgün Motors”la müqavilə bağladı

Lerik Rayon İcra Hakimiyyətinin “Xidməti minik avtomobilinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə imzalayıb.

32gun.az-ın məlumatına görə, sözügedən icra hakimiyyəti ilə “Nurgün Motors” MMC arasında 57.800 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 400 AZN olan “Nurgün Motors” MMC-nin qanuni təmsilçisi Surxan Əhmədov Tofiq oğludur.

Yerli mediada gedən məlunatıara görə, “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan “Nurgün Motors” şirkətinin sahibi iş adamı Nuru Əliyevdir.

Xatırladaq ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur.

Bənzər yazılar

Back to top button