İdman

“Barselona” yarımmüdafiəçisini “Marsel”ə satır – SON DURUM

“Barselona”nın ABŞ-dan olan yarımmüdafiəçisi Konrad de la Fuente bu həftə “Marsel”ə keçəcək.

Fanat.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano məlumat verib.

O, klubların 19 yaşlı futbolçunun transferini razılaşdırdığını, “Marsel”ın qarşı tərəfə 5 milyon avro ödəyəcəyini bildirib. Bundan başqa, Fransa klubu oyunçunu sonradan satacağı halda, həmin məbləğin 50- faizini Kataloniya təmsilçisinə verəcək.

Qeyd edək ki, 2020/2021 mövsümündə “Barsa”nın ikinci komandasında 22 matça çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Konrad əsas komandada da 3 oyunda forma geyinib. Hücumameyilli yarımmüdafiəçi əsas komandada ümumilikdə 36 dəqiqə meydanda olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button