İdman

Messinin şəxsi təyyarəsi məcburi eniş etdi

“Barselona”nın hücumçusu Lionel Messinin şəxsi təyyarəsi Brüssel aeroportunda məcburi eniş edib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tenerifeyə yola düşməli olan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən təyyarə Brüsseldə məcburi eniş edib. Argentinalı futbolçu və ailəsinin təyyarədə olub-olmaması barədə məlumat yoxdur. Brüssel aeroportunun məxfiliyi saxladığı və hadisənin təfərrüatları açıqlamadığı bildirilib.

Qeyd edək ki, Lionel Messi təyyarəni iki il əvvəl 13 milyon avroya alıb.

Bənzər yazılar

Back to top button