Siyasət

Ceyhun Bayramov azad edilmiş ərazilərdə minaya düşərək ölənlərin sayını açıqladı

“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək 28 Azərbaycan vətəndaşı minaların partlaması nəticəsində həlak olub, 120-dən artıq insan isə yaralanıb”.

AzToday.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir əlavə edib ki, Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Bənzər yazılar

Back to top button