Hadisə

21 yaşlı müharibə iştirakçısının intihar etdiyi bildirilir

Ayxan Şıxəliyevin həyatını xilas etmək mümkün olmayıb

İkinci Qarabağ müharibəsində iştirak etmiş daha bir şəxsin intihar etdiyi bildirilir.

Hadisə avqustun 15-də Sumqayıtın Corat qəsəbəsində baş verib.

Yaxıınlarının Meydan TV-yə verdiyi məlumata görə, 21 yaşlı Ayxan Anar oğlu Şıxəliyev yaşadığı evin həyətində özünü yandırıb.

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Ayxan Şirəliyev avqustun 17-də gecə saat 23.30 radələrində Yanıq Mərkəzində ölüb: “Hadisə zamanı Ayxan Şirəliyevin bədəninin 70-80 faizi yanmışdı, vəziyyəti çox ağır idi”.

Qazinin kredit borcunu ödəyə bilmədiyi deyilir.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı açıqlama yaymayıblar.

Avqustun 12-də Qarabağ qazisi, 35 yaşlı Rafiq Babaşov da Hərbi Prokurorluğun qarşısında özünü yandırıb.

Hazırda Yanıq Mərkəzində onun müalicəsinin davam etdiyi, vəziyyətinin hələ də ağır olduğu bildirilir.

İndiyə qədər 50-yə yaxın müharibə iştirakçısının intihar etdiyi bildirilir.

Bənzər yazılar

Back to top button