İdman

“Real” transfer bomasını partlatdı – “Barselona”ya ağır zərbə

“Real” PSJ-nin futbolçusunu heyətinə qatmağa hazırlaşır.

Fanat.Az Fransanın “Canal Plus” kanalına istinadən xəbər verir ki, Adrien Rabiotu transfer edir. Kanalda yayımlanan “Late Football Club” proqramında bildirilib ki, Madrid klubu artıq transferi bitirib.

“Real” rəhbərliyinin 24 yaşlı futbolçunun özü və meneceri ilə bütün detalları razılaşdırıb. Tərəflər arasında ilkin protokol imzalanıb.

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Adrien Rabiot dekabr ayında əsas heyətdən kənarlaşdırılıb və həmin vaxtdan meydana çıxmır. Buna səbəb isə onun klub rəhbərliyinin icazəsi olmadan “Barselona” ilə danışıqlar aparması olub. Kataloniyalılar klubun rəsmi saytından açıqlama yayaraq 24 yaşlı futbolçu ilə danışıqlar apardıqlarını təsdiqləmişdilər. Onun indi “Real”a transferi “Barselona”ya zərbə kimi qiymətləndirlib.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə 20 oyun keçirərək, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button