Hadisə

Satdığı məhsulun üzərinə düzgün məlumat yazmayan şirkət rəhbərinin “Tərəqqi”si

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətlərinin müəyyən edilməsi barədə məlumat yayıb.

Qlobal.az xəbər verir ki, dövlət qurumu yaydığı məlumatda “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıldığını qeyd edir.

Qeyd edək ki, “Avrora” MMC-nin istehsal etdiyi “Bizon” içkiləri yerli bazarda ən çox satılan içkilərdəndir.

“Avrora” MMC-nin rəhbəri Ceyhun Abbasov 2018-ci ildə ölkənin iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, “Avrora” MMC 2000-ci ildə yaradılıb.

Bənzər yazılar

Back to top button