İdman

Ronaldo Əliyə məxsus dünya rekordunu təkrarladı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmada vurduğu qolların sayını 109-a çatdırıb.

Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə dünya rekorduna şərik olub.

O, İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Hər iki futbolçu milli komandasının heyətində ən çox qol vuran (109) oyunçudur. Bu isə o deməkdir ki, Ronaldo daha bir dünya rekordunu qırmağa çox yaxındır.

Bənzər yazılar

Back to top button