Dünya

Artsrun Hovannisyana hücum edilib

“Noyabrın 9-dan etibarən ünvanıma müxtəlif təhdidlər almışam, lakin əhəmiyyət verməmişəm”.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sabiq nümayəndəsi Artsrun Hovannisyan özünün “Facebook” hesabında yazıb.

A. Hovhannisyan ona edilən təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən imtina etdiyini bildirib.

O, dünən gecə iki nəfərin hücumuna məruz qaldığını da qeyd edib: “Xoşbəxtlikdən özümü müdafiə edə bildim. Mən heç kimdən qorxmuram və heç kimi düşmən hesab etmirəm”.

Ermənistan MN-in sabiq nümayəndəsi vurğulayıb ki, lakin ölüm təhdidləri bu gün də davam etdiyi üçün polisə müraciət etmək məcburiyyətindədir.

Bənzər yazılar

Back to top button