İqtisadiyyat

“Azercell” Mübariz Mənsimovun şirkətini məhkəməyə verdi

Azərbaycanın aparıcı mobil operatorlarından biri olan “Azercell Telekom” MMC Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adam Mübariz Mənsimova məxsus “Palmalife” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu günə – 24.06.2021-ci il tarixinə təyin olunub. İclasa Şirvan Kommersiya Məhkəməsinin hakim Elşən Abdullayev sədrlik edəcək. Mübahisənin tərəflər arasındakı öhdəliklərin yerinə yetirilməməsilə bağlı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 000 manat olan “Palmalife” MMC 13.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lənkəran rayonu, Sütəmurad kəndində yerləşən MMC-nin direktoru Cəfərov İlham Balabək oğludur.

Onu da bildirək ki, hazırda “Palmalife” MMC-nin dövlət büdcəsinə də 7 min 328 manat 58 qəpik vergi borcu var.
Qeyd edək ki, “Palmalife” MMC qeydiyyatdan keçdikdən bir il sonra – 2011-ci ildə Lənkəran rayonunun Sütəmurad kəndində “Palmalife Lenkaran Resort” adlı 5 ulduzlu otel istifadəyə verib. Açılşı zamanı qeyd olunub ki, otel 22 otaqdan və 6 villadan ibarətdir.

Xatırladaq ki, Türkiyədə eyni adda – “Palmalife Bodrum Resort” adlı otel də fəaliyyət göstərir.

Bənzər yazılar

Back to top button