Bu gün təltif edilən generallar (SİYAHI)

by Aztoday Xəbər Portalı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, təltif edilənlər arasında yüksək rütbəli hərbçilər də var. Onlar bir neçəsi 2 medalla təltif edilib.

“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu;

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Piriyev Heydər Kamal oğlu;

Müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Tahirov Ramiz Firudin oğlu;

Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi olmuş Əliyev Rasim Məmmədəli oğlu; (hazırda təqaüddədir)

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyət üzrə müavini, daha öncə “Vətən uğrunda” medalı ilə təltif edilmiş general-mayor Kazımov Vasif Ramiz oğlu (Həm də “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib).

“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Hikmət Mirzəyev;

Şuşanın ilk komendantı, XTQ komandanı, general-mayor Zaur Cavanşir (Məmmədov);

4-cü Ordu Korpusu (Bakı korpusu) komandanı, general-mayor İlqar Lətifov;

Xatıradaq ki, İ. Lətifov həbs edilən general Rövşən Əkbərovun yerinə təyin edilib.

“Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov;

Dövlət Sərhəd Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər İbrahimov;

“Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov;

Dövlət Sərhəd Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər İbrahimov;

“Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Şuşanın ilk komendantı, XTQ komandanı, general-mayor Zaur Cavanşir (Məmmədov);

Azərbaycan Ordusunun 6-cı (ehtiyat) korpusunun komandiri, general-mayor Ənvər Əfəndiyev;

Müdafiə Nazirliyinin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi olmuş, general-mayor Rasim Əliyev; (hazırda təqaüddədir)

DSX Sərhəd Qoşunlarının general-mayoru Aqşin Məhərrəmov;

“Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Quru Qoşunları general-mayoru Əliverdiyev Vüqar Əfqan oğlu;

“Laçının azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Osmanov Nizam Ramazan oğlu;

Azərbaycan Ordusunun 6-cı (ehtiyat) korpusunun komandiri, general-mayor Ənvər Əfəndiyev;

4-cü Ordu Korpusu (Bakı korpusu) komandanı, general-mayor İlqar Lətifov;

“Kəlbəcər azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Osmanov Nizam Ramazan oğlu;

Şuşanın ilk komendantı, XTQ komandanı, general-mayor Zaur Cavanşiri (Məmmədov);

Azərbaycan Ordusunun 6-cı (ehtiyat) korpusunun komandiri, general-mayor Ənvər Əfəndiyev;

“Vətən uğrunda” medallı general-mayor Əliyev Azər Əli oğlu;

“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilən generallar:

Müdafiə Nazirliyinin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi olmuş, general-mayor Rasim Əliyev; (hazırda təqaüddədir)

“Vətən uğrunda” medalı ilə təltif edilən generallar:

Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini olmuş general-leytenant Zahid Hüseynov (hazırda təqaüddədir)

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov;

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Cavanşir Zaur Sabir oğlu – general-mayor

Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

Bənzər Yazılar