Siyasət

Xarici işlər nazirləri Bakıya gəlir

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində bu gecə Bakıya gələcəklər.

AzToday.az xəbər verir ki, bu barədə Rumıniya xarici işlər naziri Boqdan Auresku özünün tvitter səhifəsində yazıb.

O bildirib ki, Bakıdan sonra nazirlər İrəvan və Tiflisə səfər edəcəklər.

Qeyd edək ki, nazirlərin Cənubi Qafqaza səfəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə baş tutacaq.

Bənzər yazılar

Back to top button