İdman

Messinin cəzası ləğv edildi

Cənubi Afrika Futbol Konfederasiyası (CONMEBOL) Lionel Messinin Argentina millisindəki cəzasını ləğv edib.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu ötən il Amerika Kubokunun 3-cü yer uğrunda Argentina və Çili arasında keçirilən oyununda (2:1) rəqibin futbolçusu Hari Medellə mübahisə etdiyinə görə qırmızı vərəqə alıb. Argentina Futbol Federasiyasının prezidenti Kladui Tapia isə Messinin cəzasının ləğv edilməsi üçün CONMEBOL-a müraciət ünvanlayıb. Təşkilatın prezidenti Aleyandro Dominqo öz nöbbəsində futbolçunun diskvalifikasiya müddəti başa çatdığını və onun növbəti matçlarda iştirak edə biləcəyini bildirib.

Qeyd edək ki, L.Messi bu cəzaya görə Almaniya, Çili və Meksika yığmaları ilə yoldaşlıq görüşlərini buraxmışdı. Lakin o, 8 oktyabr Ekvador, 13 oktyabr isə Boliviya ilə matçda iştirak edə bilər.

Bənzər yazılar

Back to top button