İdman

Qrizmann qərarını verdi – Ronaldunun yanına gedir?

“Atletiko Madrid”in fransalı hücumçusu Antuan Qrizmann klubu tərk etmək fikrində deyil.

Fanat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano “Twitter” hesabında məlumat paylaşıb.

Halbuki, ulduz forvard Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Qrizmannı almaq üçün hərəkətə keçdiyi bildirilirdi. Ərəblər Antuanın müqaviləsindəki 25 milyon avroluq satınalma bəndindən yararlanmağa çalışırdı. “Əl-Nəsr”in nümayəndələri hətta Londonda fransızın agentləri ilə də görüşüblər.
Amma Fabritsio Romanonun qeyd etdiyi kimi, Qrizmann həm Ronaldunun klubunun, həm də PSJ-nin təklifini qəbul etmək istəmir.

Qrizmann ötən mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 48 oyun keçirib, 16 qol vurub və 19 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button