İdman

“İnter Mayami” Messiyə hansı vədi verib?

“İnter Mayami”nin sahibi Xorxe Mas argentinalı hücumçu Lionel Messini transfer etməklərindən danışıb.

Qol.az xəbər verir ki, bu yay 36 yaşlı hücumçunun PSJ-dən ayrıldıqdan sonra sabiq klubu “Barselona”ya qayıdacağı gözlənilirdi, lakin o, MLS təmsilçisinə keçdi. Xorxe Mas isə transferdən danışaraq həmin vaxt forvarda “Barselona” azarkeşləri ilə vida mərasimi təşkil edəcəyi haqda söz verdiyini deyib:

“Messinin “Barselona”dan ayrılması onun istəyi deyildi. Lionel uşaqlıqda onu qəbul edən klubu ilə vidalaşa bilmədi. Məncə, vəziyyət Lionelin istədiyi kimi olmadı. Mən ona söz verdim ki, “Barselona” azarkeşləri ilə vidalaşmaq imkanı olsun deyə, qarşıdakı illərdə mümkün olan hər şeyi edəcəyəm. Ola bilsin ki, “Barselona” ilə bir matç keçirək”.

Xatırladaq ki, Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 12 matçda 11 qol vurub və 5 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button