Şəmkirin polis şöbəsində yoxlama başlanıb? – AÇIQLAMA

by Aztoday Xəbər Portalı

Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) yoxlamalar aparılması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda iddia edilir ki, vətəndaşların şikayəti əsasında DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən RPŞ-də yoxlamalar başlayıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, yayılan məlumatlar əsassızdır. Onun sözlərinə görə, hazırda Şəmkir RPŞ-də heç bir yoxlama aparılmır.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bənzər Yazılar