AnalitikaBizim seçimİqtisadiyyatManşet

“Çexiya dənizi”ndəki azərbaycanlılar: Giriş bileti üçün biznes (ARAŞDIRMA)

Azərbaycanlı investorlar Çexiyanın Cənubi Bohemiya bölgəsini bəyənirlər. Orada torpaq almış və heç kimin yaşamadığı ərazilərdə yerləşən möhtəşəm tikinti planlarını və onların necə həyata keçiriləcəyini planlaşdırıblar. Çex Respublikasında bir şirkətə və ya daşınmaz əmlaka sahib olmaq çox stratejik bir haldır, çünki çirkli pulların yuyulması və ya Şengen bölgəsinə asanlıqla daxil olmaq üçün vasitəçilik edir.

Cənubi Bohemiyaya pul axınının arxasında kim durur və regional paytaxtın mərkəzinin yaxınlığında rahat şəkildə fəaliyyətsiz dayanan şirkətlərin sahibi kimdir? Sizə son dərəcə mürəkkəb əlaqələr və ailə münasibətləri baxımından diqqət çəkən bir neçə hekayədən bəhs edəcəyik.

Çex və azərbaycanlı idarəçiləri olan şirkətlərin internet səhifəsində, demək olar ki, hamısı eyni ünvanda yaşayan və sənədlərdə eyni adlara rast gəldiyimiz insanlardan əlavə, Azərbaycan hökuməti və şirkətləri ilə əlaqəli olan, eyni zamanda tamamilə izlənilməsi mümkün olmayan iş adamlarının adları da var. Məşhur Lipno su anbarı və bölgənin paytaxtı Ceske Budejovice də daxil olmaqla hekayədə adı keçən, vacib olan bir neçə yer var. Maraqlar baxımından daha az tanınan yer, bölgənin paytaxtından çox uzaq olmayan Hlincova Hora – Kodetka adlanır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Çexiyada azərbaycanlıların biznes qurma tarixi 2000-ci ildə, Ceske Budejovicedə nüfuzlu İmamverdiyevlər ailəsinin üzvü tərəfindən “AKAR-CB s.r.o.” adlı şirkətin qeydiyyatdan keçməsindən sonra başlayıb. Bir torpaq sahəsi alan şirkət sonra Kodetkaya yerləşdi. Lakin daha sonra mülkiyyət İmamverdiyevlər ailəsinin digər üzvlərinə – Londonda Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Rüfətə və Kamiləyə keçib. Rüfət eyni zamanda hazırda ingilis maliyyə orqanları tərəfindən araşdırılan, rəhbəri azərbaycanlı olan “LECO-CB s.r.o” şirkətinin direktorudur.

Kodetkada əvvəllər bəhs edilən digər bir ərazi də qəzalı vəziyyətdədir, başqa bir Azərbaycan şirkətinə – Lipno bəndində otel tikməyi planlaşdıran “ALPS s.r.o.” şirkətinə aiddir. Bu şirkət Londonda yaşayan, atası son vaxtlara qədər vətənində hakim elitanın üzvü olan azərbaycanlı tərəfindən idarə olunur.
Kağız üzərində bu şirkətlərdən ikisinin ortaq cəhəti var – sirli iş adamı Elçin Kazımov (qeyd: ikinci məqalədə var).

Hekayə, daha üç Azərbaycan şirkətinin 2008-ci ilin əvvəlində regionun paytaxt Ceske Budejovicedə qeydiyyatdan keçməsilə davam edir. Hamısının direktoru eyni adamdır- Miroşniçenko ailəsi. İgor, Juriy və Viktoriya Miroşniçenko da Kodetkada yerləşən “KIBUL s.r.o.” şirkətinin şanslı sahibləridir. 1996-cı ildən bəri bir neçə Azərbaycan şirkəti qədim bir alma ağacının arxasında gizlənmiş, çıxılmaz küçənin sonunda yerləşən ailə evində qeydiyyadan keçib. Buraya 2008-ci ildə yaranan üçlülərdən biri – “LECO-CB s.r.o.” şirkəti də daxildir. Miroşniçenko ailəsi də Kazımovun Çex Respublikasındakı əlaqələndiricilərindən biridir. Qonşuların dediyinə görə, Ukrayna mənşəli ailə hələ də bu evdə yaşayır. Ancaq onların adını və ya şirkət adını qapının zəngində tapa bilməzsiniz.

Alış-veriş xəstəsi

“LECO-CB s.r.o.” şirkəti Londonda yaşayan azərbaycanlı Zamirə Hacıyevaya və qızı Leylaya məxsusdur. Hacıyeva hazırda vətəni Qafqaz ölkəsində fırıldaqçılıq və pul mənimsəmə ittihamı ilə 15 il həbs cəzasına məhkum edilən ABB-nin keçmiş İdarə Heyətinin sədri Cahangir Hacıyevin həyat yoldaşıdır.

BBC-nin yayımladığı xəbərə görə, Hacıyev günahsız olduğunu iddia edir və əslində korrupsiyaya bulaşmış iqtitarda olan ailə ilə münaqişə etmənin qurbanı olub. Lakin ona həbs verilməsinin səbəbi o bankda idarəçi vəzifəsində olduğu müddətdə pul silməsidir.

Hacıyev 2001-2015-ci illərdə qismən dövlətə məxsus bankın rəhbəri vəzifəsində çalışıb və sonda səhhətinə görə işdən çıxıb. Azərbaycan Maliyyə Nazirliyinin rəsmi açıqlamasında “bankın 2009-2015-ci illər arasında qanunsuz borc verdiyi” və Hacıyevin bunun 6,3 milyard dollardan çoxunu mənimsədiyi bildirilir. Pullar daha sonra anonim ofşor şirkətlərinə məxsus hesablarda saxlanılıb. Hacıyev 2016-cı ildə məhkum edilib. Həyat yoldaşı Zamirə Hacıyevanın lüks əşyalar almağa həvəsli olması, ehtimal ki, Hacıyevin cinayət işinə təsir edib. Təəssüf ki, Z.Hacıyeva əşyalara ödəniş edərkən həyat yoldaşının pul oğurladığı bankın kredit kartlarından istifadə edib. İstər zinət əşyaları, istər şəxsi təyyarə, golf sahəsi və ya lüks mənzil olsun, onun israfçılığı, ingilis maliyyə orqanlarının diqqətindən qaçmayıb. 2018-ci ildə Hacıyevadan özünün və ərinin sərvətinin mənbəyini açıqlaması istənilib. Hacıyeva bu qərara etiraz edib, lakin onun etirazı təmin olunmayıb və bu səbəbdən İngiltərə hökuməti ona məxsus bütün varlıqları dondurub.

ABB-da pulların yoxa çıxması yeni bir şey deyil, əvvəllər OCCRP Azerbaycanın “Pulyuyan Maşını” layihəsi çərçivəsində axıdılan pulların Britanya şirkətləri vasitəsilə yuyulması, daha sonra bunun rüşvətə çevrilməi və ya bununla daşınmaz əmlak alınması təsvir edilib.

“LECO-CB” şirkətinin Çex Respublikasında olmasının məqsədinin nə olduğu bilinmir. Eyni binada yerləşən başqa bir Azərbaycan şirkətinin baş meneceri Elçin Kazımov Hacıyevanı tanımadığını və onun şirkəti haqqında heç bir şey bilmədiyini iddia edir. Yalnız 2014-cü ildə yayımlanan açıqlamalara əsasən şirkətin qeyri- aktiv olduğu, yəni heç bir qazanc gətirmədiyi və fəaliyyət göstərmədiyi qənaətinə gələ bilərik. “LECO-CB” şirkətinin baş menecerinin 6 il əvvəl vəfat etmiş Rüfət İmmamverdiyev olması bunu sübut edir.

Qeyri-adi görünən və heç bir iş görməyən şirkətlər belə izah oluna bilər ki, sahiblərini müəyyən şeylərlə təmin etmək üçün qurulub. Belə ki, Şengen bölgəsinə xaricdən gələn bir əcnəbi orada şirkət qurduqda, bu, onların daimi yaşayış statusu almalarına və Şengen ərazisində sərbəst hərəkət etmələrinə imkanı verir.

Ailə biznesi

Rüfət İmamverdiyev “LECO-CB” şirkəti xaricində Ceske Budejovicedə yerləşən bir neçə şirkətin direktoru və ya ortağı olub. Lakin əsas məşğuliyyəti 2015-ci ilin aprelinədək, ölümündən əvvəl 13 il müddətində Londonda ABB-ni idarə etmək olub, yəni Cahangir Hacıyevlə eyni vaxtda bankda işləyib.

“Facebook” hesabındakı şərhlərə görə, o, ürək çatışmazlığından ölüb, ancaq Azərbaycan mətbuatı Hacıyevin onun adından pul borc aldığı və heç vaxt qaytarmadığı üçün intihar etdiyini yazıb.

Rüfət İmamverdiyev qohumu Kamilə ilə (qeyd: daha iki ortaq var – Afaq Tahirova və Lalə Hüseynbəyova – hekayəni sadələşdirmək üçün onlar haqqında məlumatı daxil etmədik və üstəlik bu haqda məlumatımız yoxdur, bəlkə də sizin var) hazırda Kodetkada torpaq sahibi olan “AKAR-CB” şirkətinə nəzarət edib. “LECO-CB” kimi bu şirkətin də nə iş gördüyü bilinmir. Artıq bizə məlum olan və 2018-ci ilə qədər şirkət strukturunda adı keçən Elçin Kazımov bunun bir ailə şirkəti olduğunu açıqlayıb və boşanma səbəbi ilə ayrıldığını qeyd edib (qeyd: Kamilədən). 2015-ci ildə vəfat edən Rüfət İmmamverdiyev, Kamilənin yaşadığı Hluboka nad Vltavoudakı mənzilin də sahibdir.

Heç vaxt üzməyən gəmi

“AKAR-CB” şirkətinin otlaq ərazilərinin aşağısında, baxımlı bağçaları olan gözəl yeni evlər arasında elə də gözəl görünməyən, eyni vəhşi bitki örtüyünə malik başqa bir sahə var. İkinci ərazi Londonda yaşayan azərbaycanlının idarə etdiyi “ALPS s.r.o.”-ya məxsusdur. Ərazi hazırda şəhər evi tikmək təklifi ilə 9 milyon CZK-dan baha satılır. “ALPS” şirkətinin sahibi Cümə Əhmədzadədir. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin oğludur. Prezident Əliyev tərəfindən imzalanan rəsmi açıqlamada, Əhmədzadənin vəzifəsindən kənarlaşdırılmasına dair bir neçə detal açıqlanır. Lakin buna OCCRP-nin kiçik Əhmədzadənin anonim şirkət vasitəsilə (qeyd edək ki, türk iş adamının konsultasiya xidmətləri göstərmək üçün həmin səhmdar şirkəti kirayəyə götürdüyü, daha sonra Əhmədzadənin şirkəti tərəfindən həyata keçirilən gəlirli dövlət müqaviləsini qazanan eyni şirkət) Londondakı dəbdəbəli mənzil alması və hadisələr zənciri ilə bağlı yayımladığı reportaj səbəb ola bilər.

Cümə Əhmədzadənin həyat yoldaşı Günel Rüstəmova, Azərbaycan Mərkəzi Bankının prezidenti Elman Rustəmovun qızıdır. Cütlük naməlum mənbələrdən əldə etdiyi möhtəşəm sərvətləri sayəsində ictimaiyyətin diqqətini çəkib. Cütlüyü biznesi çox qazanclı görünmür.

Günel, həyat yoldaşı ilə birlikdə “ALPS” şirkətinin qurucularından biri olub. O dövrdə şirkətin baş direktoru Yuri Miroşniçenkodan başqası deyildi. 2014-cü ildə Rüstəmova şirkətdən ayrılıb və baş menecer vəzifəsi kiçik Əhmədzadənin köhnə dostu olduğunu söyləyən Elçin Kazımovun əlinə keçib.

Buna görə də, o, iki dost olaraq əməkdaşlıq etməyi təklif edib, çünki “burada (Çex Respublikasında) birlikdə yaxşı iş görə bilərdilər”. Ortaq əməkdaşlığın rəsmiləşməsindən bir neçə həftə əvvəl “ALPS” şirkəti köhnə hərbi sanatoriyanı Müdafiə Nazirliyindən satın alıb. Volareza adlanan bu yer Lipno su anbarının bəndində yerləşirdi və 2011-ci ildən bəri satışda idi, ancaq heç kim bunu istəmirdi.

Azərbaycanlı investorlar pis görünüşlü ağ və qəhvəyi rəngdəki bu bina üçün 26,1 milyon çex kronu ödəyiblər. Əvvəlcə obyektin yenidən bərpası planlaşdırılırdı. Mülkiyyətin yerləşdiyi Hurka kəndinin bələdiyyə başçısı Jiri Hulka, “əvvəlcə bu, ağıllı bir investisiya idi”,- deyir. İnvestorlar hətta bəzi yerli sakinləri obyekti gecə-gündüz qorumaq üçün işə götürüblər. 2018-ci ilin yayında ağır texnika gəlib və köhnə binanı yıxıb. Geriyə yalnız beton təməl, dağıntı yığını və təmizləyici qurğular qalıb. Şüşə və ağacdan hazırlanmış gəmi şəklində planlaşdırılan möhtəşəm sanatoriya oteli hələ də kağız üzərində bir plan olaraq qalır. (qeyd: İstəsəniz planları sizə göndərə bilərəm).

“Hər şeyin Azərbaycandakı kimi problemsiz gedəcəyini düşünürdük. Bina icazəsi üçün müraciət edəcəyik və otel iki ildən sonra hazır olacaq deyə düşünürdük”,- “ALPS” şirkətinin içdarəedici direktoru Elçin Kazımov söküntüdə niyə dəyişiklik olmadığını izah edir və dərhal Çexiyada bürokratiyasından şikayət edir. “6 ildir icazə gözləyirik!”,- deyə o əlavə edir.

“Çexiya dənizinin” gözəlliyi üçün Hurkaya gələn hər hansı bir ziyarətçi əvvəlcə ətrafı mənzərəli olan bu xarabalıqları görür. Hurka sakinləri haqlı olaraq bu vəziyyətdən narazıdırlar və bunu kənd bələdiyyə sədri Jiri Hulka da təsdiqləyir. O, əvvəlcə sanatoriya oteli fikrini həqiqətən alqışlayıb, çünki kəndə yeni ziyarətçilər cəlb edə biləcəklərini düşünüb. Bununla birlikdə, bəzi rezervasiyalar var.

“Bina satılan zaman heç kim bizimlə danışmadı – bütün bələdiyyəyə xidmət edən və indi özəl olan çirkab su təmizləyici qurğusunda bir problem var idi”, – deyə Hulka izah edir:

“Bəli, investorlar qurumumuzla əlaqə qururlar, amma hər şey çox uzun çəkir. Qorxuram ki, yalnız köhnə binanın dağıntıları qalsın”, – deyə o ah çəkir. Kazımov izah etdi ki, yeni plan turistlərə kirayə verilə biləcək yaşayış kompleksi tikməkdir, çünki koronavirus vaxtlarında otel riskli bir investisiya kimi görünür.

Kazımov meydana çıxmazdan əvvəl “ALPS” şirkəti başqa bir fəaliyyəti olmayan şirkət kimi görünürdü və mühasibat sənədlərindəki məlumatlara görə, qırmızı rəngdə bir milyon çex kronunun dörddə üçünü aldığı deyilirdi (qeyd: 750.000 CZK). 2014-cü ildə işlər yoxuşa gəldi və hesablar şirkətin birdən-birə 63 milyon CZK aldığını göstərdi – pulun bir hissəsinin borc olması əlavə sənədlərdə izah edildi, qalan hissəsinin mənşəyi isə məlum deyil. Kazımov pulun haradan gəldiyini bilmədiyini iddia edir və onun fikrincə, dostu Əhmədzadədən maliyyənin mənbəyini soruşmaq kobudluq olardı. Kredit 26.1 milyon kron dəyərində qiymətləndirilən köhnə hərbi sanatoriyanı almaq üçün istifadə edilmiş ola bilər. Bəs pulun qalan hissəsinə nə oldu? 37 milyon kron demək olar ki, sirr olaraq qalır.

“ALPS” şirkəti 2014-cü il hesablarının iki versiyasını təqdim edib. Bu vəziyyətdə, sonradan göndərilən yazı etibarlı sayılır. Birinci sənəddə “səhmdarlar qarşısında öhdəlik” olaraq məbləğin 35,3 milyon CZK olduğu bildirildiyi halda, daha sonra təqdim olunan ikinci sənəddə 63,6 milyon CZK olduğu göstərilir ki, bu da eyni kateqoriyadakı xərclərin ikiqat artması deməkdir. “Bu maliyyə əməliyyatları ümumiyyətlə səhmdar tərəfindən şirkətə yatırılan əmanəti təmsil edir. Məsələn, görülən işlərin xərclərini ödəmək üçün. Aktivlər şəklində, məbləğ ümumiyyətlə qısamüddətli maliyyə kapitalı, yəni pul şəklində görünür. Bununla birlikdə, məbləğ “digər debitor borcları” kimi göründüyü üçün belə deyil. Bu, şirkətin sahibinin dərhal bu işi quran üçüncü bir şəxsdən borc alması və ya şirkətə qoyduğu pulu yatırması mənasını verə bilər”, – deyə maliyyə analitiki Jakub Voytishek izah edir.

“ALPS” şirkəti 2014-cü ildən bəri heç bir maliyyə hesabatı göndərməyib.

Mənbə: https://www.investigace.cz/azerbajdzanci-u-ceskeho-more-jednou-jako-byznys-podruhe-jako-vstupenka/

Meydan.tv, Zuzana Sotova

Bənzər yazılar

Back to top button