DünyaİqtisadiyyatSiyasət

“ABŞ-la münasibətlər arxa plana keçəcək”

ABŞ Dövlət Departamenti inkişaf etməkdə olan ölkələrə göstərdiyi maddi yardımı azaltmağı planlaşdırır. Azərbaycan da həmin ölkələrdən biridir.
Bu barədə Amerikanın “Foreign Policy” jurnalı xəbər verir.
Bəs ABŞ-ın bu yardımı kəsməsi hansı problemlərə səbəb ola bilər?
Məhiş Əhmədov: “Onsuz da bu maddi yardım simvolik xarakter daşıyır”
Yeni Azərbaycan Partiyasının üzvü professor Məhiş Əhmədov Toplum TV-yə açıqlamasında suala cavab olaraq deyib ki, ABŞ-ın bu yardımı kəsməsi əsla, heç bir problemə səbəb ola bilməz:
“Azərbaycanın maliyyə ehtiyatı 38.5 milyard manatdır. Bu məbləğin qabağında o nə vəsaitdir ki, Azərbaycanda hər hansısa bir problemə səbəb olsun? ABŞ Dövlət Departamentinin inkişaf etməkdə olan ölkələrə göstərdiyi maddi yardım simvolik, siyasi xarakter daşıyır. Onun Azərbaycanın iqtisadi inkişafına, maliyyə resursuna elə də təsiri yoxdur”.
Qubad İbadoğlu: “ABŞ-la münasibətlər arxa plana keçəcək”
İqtisadçı Qubad İbadoğlu deyir ki, Amerika  Birləşmiş Ştatlarının onsuz da böyük olmayan bu maddi yardımları azaltması heç də yaxşı hal deyil:
“Əgər maddi yardımı azaldılsa, həmin ölkələrlə ABŞ arasındaki münasibətlər arxa plana keçəcək. Çünki münasibətlərin inkişafında bu proqramların əhəmiyyətli rolu olub. Xüsusilə də Azərbaycan kimi ölkələrdə həyata keçirilən belə inkişaf layihələrinin azalmasını, ölkənin indiki böhranlı vəziyyətində ABŞ-ın dəstəyindən məhrum edilməsini heç də yaxşı dəyərləndirmirəm. Hesab edirəm ki, ABŞ onsuz da böyük olmayan yardımın azaldılması istiqamətində müzakirələri saxlamalı və xüsusilə də Beynəlxalq İnkişaf Agentliyi xətti ilə dəstək olan bu proqramları davam etdirməlidir”.
Sabit Bağırov: “Düşünmürəm ki, ciddi təsirlər olsun”
Картинки по запросу sabit bağırov
İqtisadçı Sabit Bağırov isə bildirib ki, onsuz da bu tip kiçik yardımlar Azərbaycan üçün elə də önəmli deyil: “Ümumiliyyətlə, son illərdə Azərbaycan özü bu tipli xarici yardımlardan imtina etməkdədir. Ona görə də düşünmürəm ki, ciddi təsirlər olsun. Çünki hələ Azərbaycan iqtisadiyyatının, Azərbaycanın valyuta ehtiyatlarının imkanları elədir ki, ciddi sarsıntılar ola bilməz”.
Ötən il ABŞ dövlət Departamenti inkişaf etməkdə olan ölkələrə 16 milyon 960 min 396 dollar yardım ayırıb. Bu məbləğin 30, 8 faiz, yəni 11 milyon, 741 min, 150 dollara qədər azaldılması planlaşdırılır. Yardımların azaldılması Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan və Kubaya da aid edilir.
Ali Zeynal
Toplum TV

Bənzər yazılar

Back to top button