Siyasət

Paşinyan Makronla Qarabağdan Ermənistana qayıdanlarla bağlı danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefonla Qarabağdakı və Qarabağdan Ermənistana qayıdan ermənilərlə bağlı vəziyyəti müzakirə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli gündəlikdəki məsələlərə də diqqət yetiriblər.

Qeyd edək ki, sentyabrın 27-si saat 18:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 53 629 nəfər gedib.

Bənzər yazılar

Back to top button