Dünya

FTB Rusiya vətəndaşını qanunsuz yolla hərbi texnologiyalar əldə etdiyinə görə həbs edib

Cümə axşamı Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, Putinin hərbi maşınını dəstəkləmək üçün ixrac nəzarəti məhdudiyyətlərindən yayınmağa çalışanlar “məsuliyyətə cəlb olunacaq”, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

“FKB Rusiyanın Amerika texnologiyaları vasitəsilə ordusunu yenidən silahlandırmaq cəhdlərinin qarşısını almaq əzmindədir”, deyə FKB-nin direktor müavini Ceyms Smit bildirib.

“Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə sanksiyalardan yayınan və ya ABŞ-ın qanunlarını pozan istənilən şəxsi məsuliyyətə cəlb edəcəyik”, deyə o, əlavə edib.

Smitin şərhləri ABŞ prokurorluğunun Rusiya vətəndaşına qarşı Rusiyaya çox sayda hərbi təyinatlı elektron çip qaçaqmalçılığı ittihamı irəli sürməsindən sonra səslənib.

Artur Petrov, 33 yaşlı Rusiya və Almaniya vətəndaşı bu həftənin əvvəllərində Kiprdə ABŞ hökumətinin sorğusu əsasında saxlanılıb.

Petrov və onun rusiyalı daha iki şəriki ixracı qadağan edilmiş Amerika mikroelektronikasının qanunsuz olaraq satın alınması üçün saxta şirkətlərdən istifadə etməkdə ittiham olunub.

Petrov və onun şərikləri Rusiyanın idarə olunan raketləri, PUA-ları və radioelektron mübarizə sistemləri üçün komponentlər almaq üçün ixrac nəzarətindən yayınmaq məqsədilə ticari fəaliyyətləri haqqında məlumatı “qəsdən” təhrif ediblər.

Petrova qarşı 11 ittiham irəli sürülüb, onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button