İqtisadiyyat

MSK seçki məntəqləri üçün yeni möhür hazırladır – 28 min manat ayrıldı

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Red N Lıne” MMC (VÖEN – 1304197811) olub.

MSK yeni yaradılan dairə və məntəqə seçki komissiyaları üçün möhürlərin hazırlanması üçün qalib şirkətə 28 min 102 manat 88 qəpik ödəyəcək.

Qeyd edək ki, “Red N Lıne” MMC MSK-nın sifari ilə 92 ədəd fırlanma mexanizmli (40 mm), 1 770 ədəd isə dairəvi yivlə açılan qabda (38 mm) möhür hazırlaycaq.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Red N Lıne” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əhmədov Xəqani Ağasəlim oğludur.

“Red N Lıne” MMC daha əvvəl də bir-sıra dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib olub.

Lakin, MMC ilk dəfə olaraq möhürlərin hazırlanması ilə bağlı keçirilən tenderdə qalib olur.
MMC-nin bu sahədə fəaliyyətinin olması haqqında açıq mənbələrdə məlumat yoxdur. Şirkətin rəsmi veb-saytında da möhür hazırladıqları bardə məlumat mövcud deyil.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button