İqtisadiyyatManşet

Prezident: Ölkədə investorlar üçün çox cəlbedici şərait yaradılıb

“Bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib”.

Bu fikirləri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində investorları cəlb edən vacib amillər barədə söhbəti davam etdirərkən söyləyib.

“İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək investorları qaçırdacağıq”, – deyə dövlətimizin başçısı bildirib.

Bütün bu amillərin, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbənin və Qarabağ münaqişəsinin həllinin artıq yeni bir vəziyyət yaratdığını qeyd edən dövlətimizin başçısı deyib:

“Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək”.

Bənzər yazılar

Back to top button