Dünya

İran: “Koronavirusu mayın sonuna qədər nəzarət altına alacağıq”

İranın səhiyyə naziri Səid Nəməki mayın sonuna qədər koronavirusu nəzarət altına alacaqlarını açıqlayıb.

Qaynarinfo Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə parlamentdə çıxışı zamanı deyib. ABŞ-ın İrana qarşı sanksiyalarının koronavirusla mübarizəyə mənfi təsir göstərdiyini deyən Nəməki aparılan çoxsaylı testlərlə xəstəliyin üzərinə getdiklərini ifaə edib.

“Epidemiya müddətinin uzanması iqtisadiyyata zərbə vurur. Səhiyyə tədbirləri çərçivəsində qəbul edilən qərarlarına iqtisadiyyatı çökdürməyəcək qərarlar olmasına çalışırıq”, – deyə nazir bildirib.

Bənzər yazılar

Back to top button