GündəmHadisə

SOCAR-dan Xəzərdəki partlayışla bağlı yeni açıqlama

İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.

SOCAR-dan verilən məlumata görə, bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdi. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.

Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.

***

“Xəzərdə baş verən partlayışın SOCAR-ın birbaşa nəzarətində olan obyektlərlə əlaqəsi yoxdur”.

Bu barədə oxu.az-a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:

“Hazırda işlər normal rejimdə davam edir. SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq”.

Bənzər yazılar

Back to top button