İqtisadiyyat

“Muğanbank”la “Atəşgah” arasında pul davası

“Muğanbank” “Atəşgah” sığorta şirkətini məhkəməyə verib.

Buna səbəb bankın avtomobilinə dəymiş zərərdir. “Atəşgah” ziyan 5955 manat qiymətləndirib. Ancaq “Muğanbank” iddia edir ki, ona dəyən əsl zərər 10 130 manatdır.

2019-cu ildə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “Atəşgah Sığorta”da sığortalı müştəriyə məxsus nəqliyyat vasitəsi “MuğanBank” məxsus xüsusi təyinatlı “Volkswagen” markalı avtomobilə zərər vurub.

Xüsusi təyinatlı avtomobilə qəza nəticəsində zərər dəysə də, “Atəşgah” S.Ş. dəymiş maddi zərərin tam ödəməkdən imtina edib. Buna görə də bank rəsmi ekspertiza təyin etdirib.

Ekspertiza rəyindən sonra məlum olub ki, “Atəşgah” banka dəymiş zərəri qarşılamaq üçün dəfələrlə aşağı, cüzi məbləğdə vəsait təklif edib.

Bundan əvvəl də hər iki kommersiya subyekti arasında məhkəmə çəkişməsi olub. “Muğanbank”ın “Odlar Yurdu” universitetinin rektoru Əhməd Əliyevə aid olduğu bildirilir.(tia.az)

Bənzər yazılar

Back to top button