GündəmSağlamlıq

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330466 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1035 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5951, ötən müddət ərzində isə ümumilikdə 3793040 test aparılıb.

Son gündə koronavirus əleyhinə 769 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 294, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 475 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3793533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2345371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1448162 təşkil edir.

Bənzər yazılar

Back to top button