DünyaSağlamlıq

Rusiyada COVID-19-dan ən yüksək gündəlik ölüm faktı qeydə alınıb

Rusiyada koronavirusdan 737 gündəlik ölüm faktı qeydə alınıb. Bu isə pandemiya başlayandan indiyədək ən yüksək göstərici hesab olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Dünən bu göstərici 654 nəfər təşkil edib.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmuş şəxslərin sayı 23 378 nəfər artaraq 5 658 672 nəfərə çatıb.

Bənzər yazılar

Back to top button