İqtisadiyyatManşet

Şahmar Mövsümovun qardaşı 100 mln. manat borcu qaytarmadığına görə məhkəməyə verilib

2016-cı ildə lisenziyası ləğv olunmuş “Bank Standard” QSC-nin ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məşhur iş adamı Şahin Mövsümovu məhkəməyə verib.

İddiaya səbəb sahibkarın vaxtilə Bankdan götürdüyü və faizlərlə birlikdə təxminən 100 milyon manat olan borcu qaytarmamasıdır.

İşlə bağlı cavabdeh qismində Ş.Mövsümovun yaxın qohumu İzolda Mövsümova, eləcə də iş adamına məxsus “AS Group of Companies” MMC-yə daxil olan “AS İnşaat” MMC, maraqlı tərəf qismində isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Bakı Kommersiya Məhkəməsində baxılan iddia üzrə hakim Zeynəb Axundovadır.

Qeyd edək ki, Ş.Mövsümov bundan əvvəl də “Bank Standard”a olan kredit borcunu ödəməməsi ilə gündəmə gəlib.

Xatırladaq ki, Şahin Mövsümov prezidentin köməkçisi Şahmar Mövsümovun doğma qardaşıdır. Şahmar Mövsümov daha əvvəl Neft Fonduna rəhbərlik edib.

Bənzər yazılar

Back to top button