GündəmHadisəManşetMədəniyyət

İcra başçısına sərt sözlər – “Şəhidimin ayaqqabısında olan qeyrət sənin özündə yoxdur”

Tanınmış müğənni Vüqar Muradov Qax rayon İcra başçısı Musa Şəkiliyevi sərt tənqid edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” hesabındakı paylaşımında bildirib.

“Qaxın İcra başçısı Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən. Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. Zərrə qədər kişliyin qalıbsa, ərizəni yaz, bas bayıra. Şəhidimin ayaqqabısında olan qeyrət sənin özündə yoxdur. “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi Musa. Ağıllı ol, Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət, bu Musayla görüşün. Sizə güvənirik.”

Xatırladaq ki, Vüqar Muradov 44 günlük Vətən savaşında ön cəbhədə könüllü olaraq xidmət göstərib.

Bənzər yazılar

Back to top button