İqtisadiyyat

Cavid Qurbanov iflas həddində: “Dəmiryolları”nın şefi əmlakını satışa çıxarıb – İddia

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun müflis olduğu deyilir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, QSC sədri həm Azərbaycandakı, həm də xaricdəki yaşayış və qeyri-yaşayış obyektlərini satışa çıxarıb.

Məlumata görə, Cavid Qurbanov “Topaz”dakı payını da satmaq istəyir və bunun üçün alıcı da axtarır.

Cavid Qurbanov tikdirdiyi və və tikdirməkdə olduğu binaların sənədlərini banklara qoyub, böyük miqdarda pul götürdüyü də əldə edilən məlumatlar arasındadır. Cavid Qurbanovun bu addımı atmasının səbəbi bəlli deyil. Ehtimal edilir ki, yaxın günlərdə Cavid Qurbanovun vəzifədən kənarlaşması da gündəmə gələ bilər.

Bənzər yazılar

Back to top button